Tarix: 30-03-2022 | Saat: 01:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarışları davam edir.
Turnirdə ümumilikdə, 16 şahmatçı iştirak edir. Yarışın əsasnaməsinə görə, yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar. Turnirə aprelin 4-də yekun vurulacaq.
Qeyd edək ki, qrup oyunlarının yekununa əsasən, iyun ayında İspaniyanın paytaxtı Madriddə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanan son iki şahmatçının adı məlum olub. Belə ki, hazırkı turnir cədvəlinə ümumi hesabda liderlik edən macarıstanlı Riçard Rapport və ABŞ təmsilçisi Hikaru Nakamura Qran-Prinin son mərhələsinin nəticələrindən asılı olmayaraq artıq iddiaçılar turnirinə vəsiqələrini təmin ediblər.
Digər xəbərlər