Tarix: 24-03-2022 | Saat: 20:38
Bölmə:Karusel / Region | çapa göndər
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlanılması ilə bağlı qurumlararası təmaslar davam edir.
Qarabaginfo.az xəbər verir ki, bu barə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"9 yanvar 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli razılaşmalarının həyata keçirilməsində vurğu bir sıra prioritet istiqamətlərə edilir. Baş nazirin müavinlərinin həmsədrliyi üçtərəfli işçi qrupu çərçivəsində iş istədiyimiz qədər tez getməsə də, lakin nəqliyyat magistrallarının, avtomobil nəqliyyatı və dəmiryol nəqliyyatının inkişafı ilə bağlı layihə razılaşdırılıb. Rusiyanın məşvərətçi vasitəçiliyi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlanılması ilə bağlı qurumlararası təmaslar isə davam edir".
Digər xəbərlər