Rusiya XİN Azərbaycanın Ukrayna ilə bağlı təşəbbüsünə münasibət bildirib
Tarix: 24-03-2022 | Saat: 19:10
Bölmə:Karusel / Gündəm | çapa göndər
1298 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-03-2022 | Saat: 19:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya Ukrayna ilə bağlı ölkələrin təklif etdiyi vasitəçilikdən heç vaxt imtina etməyib. Hesab edirik, vasitəçilik təklif edən ölkələr ötən səkkiz il ərzində öz nüfuzlarından istifadə edib Kiyev rejiminə öz öhdəliklərini yerinə yetirməklə bağlı təsir edə bilərdilər.
Qarabaginfo.az-ın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə "Rusiya XİN Türkiyə və Azərbaycanın Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış etməsi faktını necə qiymətləndirir?" sualına cavabında bildirib.
"İndi biz bütün konstruktiv təkliflərə baxırıq. Hansısa nəticələrə gətirib çıxaracaq faydalı təşəbbüslərə reaksiya veririk. Digər tərəfdən, görüş naminə görüş, təşəbbüs naminə təşəbbüs variant deyil. Ona görə də, konstruktiv olan təkliflərə baxacağıq. Bununla belə, biz diplomatik nizamlanmaya kömək etməyə hazır olan hər kəsə minnətdarıq", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
31-05-2022, 16:45
Ukrayna MN: “Rusiya qoşunlarının mühəndis bölmələri məhv edilib”
25-10-2023, 17:27
Zəngəzur dəhlizi bizim üçün cəlbediciliyini itirib - Hikmət Hacıyev
6-01-2026, 13:28
İbrahim Kalın: Türkiyəyə qarşı casusluq cəhdlərinin qarşısı alınıb
1-04-2025, 20:48
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
19-01-2022, 07:58
Azərbaycan bu qadını beynəlxalq axtarışa verdi
30-07-2020, 12:57
Azərbaycan-Türkiyə orudusu poliqonlarda çiyin-çiyinə - təlimlər başladı
9-11-2020, 10:31
Çavuşoğlu Azərbaycanı təbrik edib


















