Saytımızı qiymətləndirin


 
 

Qız zorakılığa məruz qaldı, anası intihar etdi
Tarix: 23-03-2022 | Saat: 10:29
Bölmə:Karusel / Kriminal | çapa göndər

Qız zorakılığa məruz qaldı, anası intihar etdi

 

Zorakılığa məruz qalan uşaq sığınacağa yerləşdirilib. 

Bu barədə  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri olan Mehriban Zeynalova paylaşım edib. O bildirib ki, xalasının sevgilisindən zorakılıq görən qızın anası özünü öldürüb:

“Azyaşlı qızımız xalasının sevgilisinin zorakılığına məruz qalır. Bu hadisəni isə heç kimlə bölüşə bilmir. Anası ilə kirayədə yaşadığı mənzilin sahibi onların evdən çıxmasını tələb etdikdən sonra anası və özünün qalması üçün ev axtarmağa başlayıb. Sonuncu dəfə ev axtarmaqdan qayıdanda evdə polislərin və təcili yardım xidmətinin olduğunu görərək böyük stress keçirib. Artıq anasının həyatda olmadığını, evdə canına qəsd etdiyini öyrənib.  

Ötən gün anasının məzarını ziyarət gedən qız hələ də onun hansı səbəbdən özünə qəsd etdiyini anlamaqda çətinlik çəkir”. 



Xəbəri paylaş

274 dəfə oxunub.

Digər xəbərlər