Tarix: 23-03-2022 | Saat: 01:11
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Ermənistanda Qarabağda 44 günlük müharibə zamanı həlak olan 100-ə yaxın hərbçinin yaxınları şəxsiyyəti müəyyən edilmiş meyitləri dəfn etməkdən imtina edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”nın yazılı sorğusuna cavab olaraq Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qalıqlar DNT testi üçün xaricə göndərilmişdi.
"Martın 21-nə olan məlumata görə, 100-ə yaxın qohum məhkəmə-tibbi ekspertizasının nəticələrinə baxmayaraq, övladlarının qalıqlarını götürməkdən və basdırmaqdan imtina edir. Bu rəqəm vaxtaşırı dəyişir. Bu həm də onunla bağlıdır ki, bəzi qohumlar DNT testləri üzrə yeni məlumatlar əldə edirlər",- deyə komitədən bildirilib.
Xaricdə müayinə ilə bağlı komitədən bildirilib ki, Ermənistan Səhiyyə Nazirliyi ilə itkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında Əməkdaşlıq Sazişi çərçivəsində 2021-ci ilin avqust ayında 53 kompleks nümunə əlavə müayinə üçün Niderlanda göndərilib. Bundan əlavə, 2021-ci ilin noyabr ayında daha 47 kompleks nümunə əlavə analiz üçün Niderlanda göndərilib.(Apa)
Digər xəbərlər