Tarix: 22-03-2022 | Saat: 18:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fransanın məşhur "L Equipe" nəşri Liqa 1-də ən çox qazanan futbolçuların reytinqini açıqlayıb.
Qarabaginfo.az-ın məlumatına görə, ilk "20-lik"də oyunçulardan 18-i PSJ klubuna məxsusdur.
Ölkə çempionatında ən çox məvacib alan futbolçu isə Paris təmsilçisinin hücumçusu Neymardır. Braziliyalı forvardın aylıq maaşı 4,083 milyon avrodur. İkinci pillədə onun komanda yoldaşı Lionel Messi qərarlaşıb. Argentinalı hücumçunun gəliri 3,375 milyon avro təşkil edir. İlk "3-lüy"ü PSJ-nin digər ön xətt oyunçusu Kilian Mbappe (2,22 milyon avro) tamamlayır.
20 nəfərlik siyahıda cəmi 2 futbolçu digər digər komandanı - "Monako"nu təmsil edir. Bunlardan biri aylıq 650 min avro məvacib alan Vissam Ben-Yedder və ondan 50 min avro az qazanan Sesk Fabreqasdır. Onlar müvafiq olaraq, 15-ci və 18-ci pillələrdə yer alıblar.
Digər xəbərlər