Saytımızı qiymətləndirin


 
 

Karateçilərimiz Xorvatiyadan 12 medalla qayıdır
Tarix: 21-03-2022 | Saat: 16:51
Bölmə:Karusel / İdman | çapa göndər

Karateçilərimiz Xorvatiyadan 12 medalla qayıdır

Azərbaycan karateçiləri Xorvatiyanın Samobor şəhərində 30-cu Qran-pri turnirini 12 medalla başa vurub.

Milli Karate Federasiyasının Mətbuat Xidmətindən Qarabaginfo.a-a verilən məlumata görə, yarışın son günündə 2008-ci, 2009-cu və 2010-cu il təvəllüdlü qızların mübarizəsində 49 kq çəki dərəcəsində çıxış edən Veronika Qaşnikova ikinci qızıl medalını qazanıb. Ramilə Heydərova isə 14-15 yaşlı yeniyetmələrin kata çıxışlarında bürünc mükafata sahib olub.

Qeyd edək ki, Qaşnikova 47 kq-da 14-15 yaşlı yeniyetmələr arasında, Hüseyn Məmmədli (67 kq), Fərid Ağayev (75 kq) və Dadaş Abbasov (84 kq) isə 21 yaşadək gənclər arasında yarışın qalibi olub. Həmin yaş qrupunda Nuran Rzazadə (67 kq) ikinci yeri, Namiq Quliyev (+84 kq), Xumar Əlibəyova (50 kq) və Ayla Rzazadə (61 kq), eləcə də 16-17 yaşlı gənclərin yarışında Fərid Savadov və Amin Yadigarlı (hər ikisi 55 kq) üçüncü pilləni tutub.

Beləliklə milli komanda nüfuzlu turnirdən 5 qızıl, 1 gümüş və 6 bürünc medalla dönür. Onları 16-17 və 18-21 yaşlı gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov və kumite üzrə qadınlardan ibarət millinin baş məşqçisi Denis Morozov müşayiət edib.

Beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov mötəbər yarışın referiləri arasında olub.

Qran-pri turnirində 33 ölkədən 1 769 idmançı iştirak edib.



Xəbəri paylaş

275 dəfə oxunub.

Digər xəbərlər
25-04-2020, 10:33 Ramazan ayı başladı