Saytımızı qiymətləndirin


 
 

İrandan narkotik gətirən Biləsuvar sakini saxlanılıb
Tarix: 20-03-2022 | Saat: 11:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

İrandan narkotik gətirən Biləsuvar sakini

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, mart ayının 20-də saat 05:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitə­lərin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 1 nəfər saxlanılıb.

Onun Biləsuvar şəhər sakini 1979-cu il təvəllüdlü İsgəndərov Razi Əlipaşa oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 13 kiloqram 680 qram narkotik vasitəyə (8 kiloqram 800 qram “marixuana”, 2 kiloqram 840 qram “tiryək”, 1 kiloqram “heroin”, 1 kiloqram 40 qram “metamfetamin”) bənzər maddələr aşkar oluna­raq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş

1205 dəfə oxunub.

Digər xəbərlər