Saytımızı qiymətləndirin


 
 

NATO-nun sammiti yüksək təhlükəsizlik şəraitində keçiriləcək
Tarix: 20-03-2022 | Saat: 09:45
Bölmə:Karusel / Dünya | çapa göndər

NATO-nun sammiti yüksək təhlükəsizlik şəraitində keçiriləcək

NATO-nun martın 24-də Brüsseldə keçiriləcək sammitinə görə yüksək təhlükəsizlik tədbirləri görüləcək.

Qarabaginfo.az “lesoir.be” saytına istinadla xəbərinə görə, NATO və Aİ zirvə görüşünün keçirildiyi 3 gün ərzində Belçikanın paytaxtında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

NATO-nun binası, ABŞ səfirliyi və Avropa məhəlləsində 3 gün ərində dayanmaq və durmaq qadağan ediləcək.

Martın 23-də ABŞ səfirliyi, 24-də isə NATO-nun binası ətrafında bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

Nümayəndə heyətlərinin hərəkətinə görə bəzi yollar qabaqcadan xəbərdarlıq edilmədən bağlanacaq.

Beynəlxalq tədbirlər ictimai nəqliyyatın da fəaliyyətinə təsir edəcək. Bəzi avtobus marşrutlarının yolu dəyişdiriləcək. Tədbir keçirilən ərazilərə yaxın tramvay xətləri isə fəaliyyətini dayandıracaq.(Apa)



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər