Saytımızı qiymətləndirin


 
 

Vəkil 20 ildə topladığı dəniz qabıqlarından muzey yaratdı
Tarix: 19-03-2022 | Saat: 20:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vəkil 20 ildə topladığı dəniz qabıqlarından muzey yaratdı

Vəkil Kamandar Nəsibov fərqli növlərdə beş mindən çox dəniz qabıqlarına malikdir.

Qarabaginfo.az xəbər verir ki, “Anadolu” agentliyi onun kolleksionerlik fəaliyyətini işıqlandırıb.

“Kolleksionerlik könül işidir. Bu işi ürəkdən edirəm. Hər birini sevərək toplamışam. Çox nadir nümunələrim var”, - o bildirib.

K.Nəsibov kolleksiyasını 20 il ərzində toplayıb. Vəkil nümunələri kiçik muzeyə çevirib.

O, dünyanın dörd bir tərəfindən topladığı dəniz qabıqlarını vəkil bürosunun bir otağında sərgiləyir.

Buradakı kolleksiya nümunələri arasında lupa ilə görüləcək qədər kiçikdən tutmuş, əllə qaldırmaqda çətinlik çəkə biləcəyiniz qədər böyükləri var.

Vəkil, eyni zamanda, dəniz qabıqları ilə bağlı 100-dən çox kitab və kataloq toplayıb.

K.Nəsibovun kolleksiyasının fotolarını təqdim edirik:

 











 



Xəbəri paylaş

1294 dəfə oxunub.

Digər xəbərlər