Tarix: 18-03-2022 | Saat: 22:05
Bölmə:Karusel / Gündəm | çapa göndər
Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri verməyə hazırdır.
Qarabaginfo.az xəbər verir ki, bunu Slovakiya müdafiə naziri Yaroslav Nad amerikalı həmkarı Loyd Ouistinlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Slovakiyada yeganə strateji hava hücumundan müdafiə sistemimiz S-300-dür: "Bunu ukraynalılara dərhal vermək NATO-da təhlükəsizliklə bağlı boşluq yarada bilər. Amma Slovakiyanın müdafiə naziri olaraq ölkəmizin təhlükəsizliyini təmin etmək, kənar müdaxilə və təhdidlərdən qorumaq mənim borcumdur. Odur ki, S-300-ü Ukraynaya verməyə hazırıq".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskvanın S-300 sistemlərinin Ukraynaya göndərilməsinə icazə verməyəcəyini bildirib.
Nazir Ukraynaya istənilən silah tədarükünə Rusiya tərəfindən “qanuni hədəf” kimi baxılacağını bildirib.
Digər xəbərlər