Ana Sayfa > Karusel / Gündəm > Slovakiya Ukraynaya S-300 verməyə hazırdır

Slovakiya Ukraynaya S-300 verməyə hazırdır


18-03-2022, 22:05. Yazar: Admin

Slovakiya Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri verməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Slovakiya müdafiə naziri Yaroslav Nad amerikalı həmkarı Loyd Ouistinlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Slovakiyada yeganə strateji hava hücumundan müdafiə sistemimiz S-300-dür: "Bunu ukraynalılara dərhal vermək NATO-da təhlükəsizliklə bağlı boşluq yarada bilər. Amma Slovakiyanın müdafiə naziri olaraq ölkəmizin təhlükəsizliyini təmin etmək, kənar müdaxilə və təhdidlərdən qorumaq mənim borcumdur. Odur ki, S-300-ü Ukraynaya verməyə hazırıq".

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskvanın S-300 sistemlərinin Ukraynaya göndərilməsinə icazə verməyəcəyini bildirib.

Nazir Ukraynaya istənilən silah tədarükünə Rusiya tərəfindən “qanuni hədəf” kimi baxılacağını bildirib.


Geri dön