Bakıda dünya çempionu Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə "Unikal"a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. 

Onun sözlərinə görə, hadisədən dərhal sonra polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

Xatırladaq ki, Z.Yusifov ötən gecə Binəqədi rayonu ərazisində qətlə yetirilib.