Tarix: 14-03-2022 | Saat: 18:22
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Rusiya istənilən bir dəlillə çar imperiyasını dirçəltməyə çalışır".
Qarabaginfo.az "Dideban-e İran"a istinadla xəbər verir ki, bunu İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Onun sözlərinə görə, Kreml son iki onillikdə qlobal çəkisini geri qaytarmağa çalışır:
"2008-ci ildə Medvedevin gəlişi ilə biz hələ də Qərblə yaxınlığın şahidi olurduq, amma ruslar belə hesab etdi ki, ABŞ və Qərb Rusiyanın parçalanmasına can atır".
"Biz yeni Rusiyanı tanımalıyıq və onun hazırkı imkanlarını bilmirik", - deyə səfir vurğulayıb.
O əlavə edib: “Çar Rusiyası dövrü ilə bağlı iranlıların xatirələri yaxşı deyil. İki ölkə arasında bir çox əlaqələrin kəsildiyi Sovet İttifaqı və kommunizm dövrü barədə də. Üçüncü dövr Qorbaçov və Yeltsin mərhələsidir. Dördüncü dövr Putinin 2001-ci ildə hakimiyyətə gəldiyi zamandan başlayır.
Biz tarixə yuvarlanmamalıyıq. Təəssüflər olsun ki, İranın daxilində ölkənin xarici siyasətinə təsir etməyə çalışan bloklar mövcuddur".
Digər xəbərlər