Saytımızı qiymətləndirin


 
 

"Putinin qəribə davranışı dərman qəbulunun əlavə təsirindən yaranan "steroid qəzəb"in nəticəsidir"
Tarix: 13-03-2022 | Saat: 17:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Belə bir fikirlə Böyük Britaniyanın "Daily Mail" qəzeti kəşfiyyat mənbələrinə istinadən çıxış edib.

Beynəlxalq kəşfiyyat orqanlarında olan mənbələr iddia edir ki, Rusiya prezidenti Vladimir Putin demensiyanın, Parkinson xəstəliyinin və ya onkoloji xəstəliyin müalicəsinin "steroid qəzəb" adlanan əlavə təsirinin nəticəsində yaranan beyin pozuntusundan əziyyət çəkir.

Bu barədə martın 13- də Böyük Britaniyanın "Deily Mail" nəşri məlumat verib.

"Steroid qəzəb" (bəzi steroid hormonların qəbulundan yaranan əlavə təsir) mərkəzi sinir sisteminin pozuntuları ilə səciyyələnir. Onların arasında koqnitiv və emosional davranışa təsir edən, paranoidal psixoza, bipolyar pozuntulara (əhval- ruhiyyənin maniyadan depressiyayadək dəyişməsi), habelə yüksək aqressivliyə gətirib çıxaran davranış pozuntularıdır.

Kremlə yaxın mənbələrə istinadən Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya və Birləşmiş Ştatların daxil olduğu Five Eyes kəşfiyyat alyansının yüksək vəzifəli xadimləri hesab edir ki, Rusiya prezidentinin Ukraynaya məntiqə sığmayan hərbi müdaxiləsinin sırf fizioloji izahı ola bilər. Bu, 69 yaşlı prezidentin səhhəti ilə bağlıdır.

Beynəlxalq mütəxəssislər son zamanlar Putinin ziddiyyətli davranışını, son foto və videomateriallarda onun şişmiş sifətini, həmçinin görüşməyə məcbur olduğu insanlardan maksimal dərəcədə aralı dayanmasını təhlil etməyə cəhd edir.

Təhlükəsizlik xidmətindəki mənbə deyib: "Son beş ilə yaxın müddətdə Putinin qərarlar qəbul edilməsində identifikasiya edilən dəyişikliklər baş verib. Onu əhatə edənlərin diqqətini çəkən onun dediklərinin ardıcıllığında və aydın olmasında, ətraf mühiti qavramasında nəzərəçarpacaq dəyişiklik olub".

Həmin mənbə deyib ki, onun dəqiq düşünmək qabiliyyətinin olmaması Putinin Ukraynaya hərbi müdaxilənin gedişində baş verənlər barədə dəqiq informasiyanın olmaması ilə daha da pisləşir. Onun sözlərinə görə, Rusiya prezidentinin ətrafında olanlar müntəzəm olaraq Rusiya ordusunun Ukraynadakı hərəkətlərinin təhrif edilmiş mənzərəsini təqdim edir və onu rusiyalıların vəziyyətə nəzarət etdiklərinə və qələbəyə yaxın olduqlarına inandırır.



Xəbəri paylaş

1243 dəfə oxunub.

Digər xəbərlər