Saytımızı qiymətləndirin


 
 

Vaksinasiya ilə bağlı son vəziyyət
Tarix: 11-03-2022 | Saat: 15:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 315 vaksin vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 149, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 796, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 18 178 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 192 olub.

Vurulan vaksinlərin ümumi sayı 13 224 872, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 312 204, ikinci mərhələ üzrə 4 800 732 nəfər təşkil edir. 3 dəfə və daha çox vaksinasiya olunanların ümumi sayı 2 894 880-dir. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 215 864 olub. 

 

 



Xəbəri paylaş

233 dəfə oxunub.

Digər xəbərlər