Tarix: 10-03-2022 | Saat: 23:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" Türkiyə I liqasında növbəti oyununu keçirib.
Qarabaginfo.az-ın məlumatına görə, Bursa təmsilçisi 22-ci turdan təxirə salınmış matçda "Eyüpspor"un qonağı olub.
Yanvarın 23-də keçirilməli olan qarşılaşma güclü qar səbəbindən 16-cı dəqiqədə - meydan sahibləri 1:0 hesabı ilə öndə olduğu vaxt yarımçıq dayandırılmışdı. Həmin vaxt yeganə qola 2-ci dəqiqədə Pa Dippa imza atmışdı.
Qaldığı yerdən davam etdirilən görüşdə daha 2 qol vuran Eyübspor" rəqibini darmadağın edib - 3:0. Komandanın heyətində 15-ci dəqiqədə Umut Bulut və 59-cu dəqiqədə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Timur Temeltaş fərqləniblər.
Meydana start heyətində çıxan Namik Ələskərov sonadək əvəzlənmədən oynayıb.
Qeyd edək ki, "Bursaspor" 26 oyundan sonra 25 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb. Bu qələbə ilə xallarını 45-ə matdlran "Eyupspor" isə 5-ci pilləyə yüksəlib.
Digər xəbərlər