Saytımızı qiymətləndirin


 
 

Mixail Zaxarov: “Paşinyan öz müttəfiqindən çox kəskin uzaqlaşdı...”
Tarix: 10-03-2022 | Saat: 19:25
Bölmə:Karusel / Region | çapa göndər

“Hazırda Moskva Ukraynadakı əməliyyatlara (Rusiyada müharibəni belə adlandırırlar, - red.) görə çox güclü iqtisadi və siyasi blokada ilə üzləşib. Bu situasiyada Rusiyanın azsaylı müttəfiqlərinin siyasi dəstəyinə heç vaxt olmadığı qədər ehtiyacı var, hansı ki, Ermənistan baş naziri Nikol Paşinyan da özünü publik olaraq bu müttəfiqlər sırasına aid etmişdi. Amma Moskva üçün bu cür ağır məqamda Paşinyan Fransaya rəsmi səfər edir”, - rusiyalı ekspert Mixail Zaxarov Ermənistan baş nazirinin Parisə səfərini lenta.ru portalına belə şərh edib.

 

Əslində Paşinyan Moskvaya səfərə dəvət almışdı. (Ukraynaya qarşı hərbi müdaxilədən az əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistan baş nazirinə zəng vurub, onunla ikitərəfli münasibətlərə dair aktual məsələləri müzakirə edib və Paşinyanı Moskvaya səfərə çağırıb, - red.) “Maraqlıdır ki, Paşinyanı əslində Yelisey sarayında yox, Kremldə gözləyirdilər, hələ Ukrayna hadisələrindən əvvəl Vladimir Putin Ermənistan baş nazirini ora şəxsən dəvət etmişdi”, - Zaxarov bildirib.

 

Rusiyalı politoloqun fikrincə, Paşinyan Ukraynada hadisələrin sonrakı inkişafını görərək öz müttəfiqindən məsafə saxlamağı qərara alıb.

“Amma Ukrayna hadisələri və daha sonra Moskvanın beynəlxalq təcridi, sanksiyaların tətbiq edilməsi erməni rəhbərliyinin planlarını kəskin dəyişdirdi. Görünür Paşinyan, yeri gəlmişkən o, bu il KTMT-yə sədrlik edir, hesab edir ki, indi Rusiya ilə siyasi ittifaqların zamanı deyil və öz müttəfiqindən çox sərt şəkildə məsafə saxlayır”, - M.Zaxarov qeyd edib.

 



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər