Saytımızı qiymətləndirin


 
 

Dövlət Departamenti Ukraynaya gedən amerikalılara vəsiyyətnamə yazmağı tövsiyə edib
Tarix: 09-03-2022 | Saat: 08:51
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Dövlət Departamenti Qarabağda atəşkəsin əldə olunmasını alqışlayıb | marja.az

ABŞ Dövlət Departamenti öz saytındakı tövsiyələrdə Ukraynaya gedən amerikalılara vəsiyyətnamə yazmağı və DNT nümunələrini tibb müəssisəsinə təqdim etməyi tövsiyə edib.

Qarabaginfo.az xəbər verir ki, Dövlət Departamenti Amerika vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb.

“Hazırda Ukraynada deyilsinizsə, lakin Ukraynaya daxil olmamaq tövsiyəsinə məhəl qoymursunuzsa, səyahət etməzdən əvvəl aşağıdakı addımları atmağı düşünməlisiniz. Vəsiyyətinizi yazın və DNT nümunələrinizi səhiyyə xidmətinə verin ki, gələcəkdə ailəniz bu nümunələri rahat əldə edə bilsin”, - deyə təlimatlarda deyilir.

Vətəndaşlara vacib sənədləri və əlaqə məlumatlarını yaxınları ilə bölüşmək tövsiyə olunur ki, onlar ABŞ-a qayıda bilməyən amerikalının işlərini idarə edə bilsinlər.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər