Saytımızı qiymətləndirin


 
 

Gəncədə Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib
Tarix: 08-03-2022 | Saat: 17:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gəncədə Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib - FOTO

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Region­al Mədəniyyət İdarəsinin təşəbbüsü, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə İcra başçısı Niyazi Bayramov, Türkiyənin Gən­cədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, millət vəkilləri Naqif Həmzəyev, Pərvin Kərimzadə, Müşfiq Cəfərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi, suverenl­iyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yel çərşənbəsinə həsr olunan tədbirdə ilk olaraq Azərbaycan folklorunun ayrılmaz hissəsi olan aşıq musiqisi və qədim zamanlardan Novruz şənliklərinə rəng qatan “Maral” rəqsi təqdim olunub.

Daha sonra Gəncə Rəssamlıq Məktəbi və Uş­aq Gənclər İnkişaf Məktəbinin yetirmələrinin əl işlərindən, habelə Gəncə şəhər Tarix diyarşünaslıq muzeyinin eksponatlarından ibarət sərgiyə baxış keçirilib.

Daha sonra “Xəmsə” zərb alətləri və “Gəncə qönçələri” rəqs ansambllarının çıxışları izlənilib.

İştirakçılara milli mətbəx nümunələrimizdən olan Gəncə kətəsi təqdim edilib.

Tədbirdə baharın gəlişini tərənnüm edən, bayram ab­havalı musiqiləri ifa olunub, bayatılar səsləndirilib, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından hissələr təqdim edilib. Kosa, Keçəl və Bahar qızın ​ çıxışları isə tədbirə xüsusi rəng qatıb.

Tədbirin yekununda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bayram tonqalını alovlandırıblar.

Tədbir bayram tonqalı ətrafında edilən “Yallı” rəqsi və “Azərbaycan” mahnısı ilə yekunlaşıb.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər