Saytımızı qiymətləndirin


 
 

FIG Rusiya gimnastına intizam işinin açılmasını istəyib
Tarix: 07-03-2022 | Saat: 00:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

FIG Rusiya gimnastına intizam işinin açılmasını istəyib

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiyanın idman gimnastı İvan Kulyaka qarşı intizam işinin açılmasından ötrü Etika Fonduna müraciət edib.

Qarabaginfo.az-ın məlumatına görə, səbəb Qətərin paytaxtı Dohadakı Dünya Kubokunun mərhələ yarışında baş vermiş insidentdir.

Kulyak paralel qollarla çıxışın yekununda mükafatlandırma mərasiminə sinəsində "Z" hərfi yazılmış geyimlə çıxıb. Onun bürünc medal qazandığı yarışda "qızıl"ı ukraynalı İlya Kovtun əldə edib. "Gümüş"ə isə Qazaxıstandan olan Milad Kərimi yiyələnib.

FIG rusiyalı idmançının davranışını şokedici adlandırıb. Rusiya Müdafiə Nazirliyinin verdiyi izahata əsasən, texnika üzərindəki "Z" yazısı "Za pobedu" ("Qələbə uğrunda") mənasını verir.

Xatırladaq ki, Dohada Rusiya və Belarus idmançıları neytral statusda çıxış edirlər. Onlar martın 7-dən FIG bayrağı altında bütün beynəlxalq yarışlardan rəsmən kənarlaşdırılacaqlar. Bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədardır.



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər