Saytımızı qiymətləndirin


 
 

“Türkiyə-Azərbaycan qardaşlığı dünyaya nümunədir” - NAZİR 
Tarix: 05-03-2022 | Saat: 14:41
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq və əməkdaşlıq bütün dünyaya nümunədir. 

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı  Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

 

"Təsadüfi deyil ki, 44 günlük müharibə başa çatdıqdan sonra təhlükəsizlik işlərinin təşkilində Türkiyə monitorinq qrupu proseslərə çox fəal şəkildə qatıldı. Dövlət başçılarının həyata keçirdiyi işlər buna nümunədir. 2021-ci ildə Şuşa Bəyannaməsi imzalandı, Qarabağın hava qapısı olan Füzuli Hava limanı açıldı. Bu iki ölkənin gördüyü işlərə nümunədir", - deyə nazir bildirib.

 

"Bu gün qardaşımla əldə olunan razılaşmalar haqqında danışdıq", - deyən XİN başçısı vurğulayıb ki, Qarabağın dirçəlməsi, çoxşaxəli layihələr haqqında müzakirə apararkən, burada Türkiyə şirkətlərin iştirakı önəmlidir.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər