Saytımızı qiymətləndirin


 
 

Moldova separatçıları da hərəkətə keçdi
Tarix: 05-03-2022 | Saat: 07:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Moldova separatçıları da hərəkətə keçdi

Separatçılar bildiriblər ki, Moldova Avropa İttifaqına üzvlük üçün ərizə verdiyinə görə indi Dnestyanı ilə dövlətlərarası müqavilə imzalamalıdır.

Separatçıların müraciətində deyilir: "Moldova Respublikasının Avropa İttifaqında üzvlük üçün ərizə verməsini bölgədə beynəlxalq sərhədləri və regional məkanda nüfuz dairələrini, habelə Moldova-Dnestryanı münasibətlərinin tənzimlənməsi şəraitini dəyişən geosiyasi qərar kimi qiymətləndiririk”.

Qondarma “Dnestryanı Moldova Respublikasının” separatçı rəhbəriliyinin bəyanatında daha sonra deyilir ki, sözü gedən münasibətlərin tənzimlənmədiyi bir vaxtda Moldova bu addımı onlarla məsləhətləşmədən atıb və buna görə də təcili beynəlxalq-hüquqi tədbirlərə ehtiyac var.

Separatçılar Moldova rəhbərliyini iki “müstəqil dövlət” arasında dinc yanaşı yaşamanın təminatı üçün müqavilə bağlanmasına dair dialoqa çağırıblar.

Dnestryanı separatçı regionu Rusiyanın keçmiş SSRİ ərazisində yaratdığı “donmuş münaqişələrdən” biridir və Moldova 1992-ci ildən bəri bu bölgəyə nəzarət etmir.

Rusiya burada rusdilli əhalinin müdafiəsi üçün 500 əsgərlik “sülhməramlı” qüvvə və sovet dövründən qalma silah anbarının qorunması bəhanəsi ilə daha 1700 əsgər saxlayır.

Maraqlıdır ki, bu ilin yanvarında Moldova separatçıları da hərbi təlim keçiriblər. Bu təlimlərdə 100-dək döyüş texnikası iştirak edib.

Moldova 30 ildir ki, ərazisindəki Rusiya qoşunlarının çıxarılmasını tələb edir. Lakin bu barədə BMT qətnaməsinin olmasına baxmayaraq Moskva qoşunlarını müstəqil Moldovadan çıxarmır.(Yenisabah)



Xəbəri paylaş

1279 dəfə oxunub.

Digər xəbərlər