Saytımızı qiymətləndirin


 
 

Zelenskinin ofisi: Rusiya və Qərb hərbi əməliyyatların qısa sürəcəyini düşünürdü
Tarix: 04-03-2022 | Saat: 18:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Mixail Podolyak, David Araxamiya

Rusiya və Qərb ölkələri Ukraynada hərbi əməliyyatların qısa müddət sürəcəyini düşünürdülər.

Qarabaginfo.az-ın UNIAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak və “Xalqın qulluqçusu” fraksiyasının sədri David Araxamiya mətbuat konfransında deyiblər.

"Rusiya Federasiyası Ukraynada əməliyyatını planlaşdırarkən bu əməliyyatın çox qısa olacağını düşünürdü", Podolyak bildirib.

Onun sözlərinə görə, indi ruslar Ukraynanın bir çox şəhərləri ətrafında uzun sürən döyüşülərlər üzləşiblər. Podolyak baş verənləri Avropanın mərkəzində humanitar fəlakət adlandırıb: "Təbii ki, hazırda Qərb tərəfdaşlarımızın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalar paketi onun üçün çox ağır nəticələr yaradır. Hətta bu gün onlar bu sanksiyaları ləğv etsələr belə, artıq Rusiya iqtisadiyyatına çox ağır təsir edib”.

Prezident Ofisi rəhbərinin müşaviri deyib ki, Rusiya tərəfi bir növlü həll yoluna nail olmaq istəyir: "Aydındır ki, bu qərar Ukraynanın da maraqlarına cavab verməlidir. Çünki onlar danışıqlar prosesinə daxil olanda bir mövqe idi və bu gün Ukraynanın necə mübarizə apardığını nəzərə alsaq, heç kimin gözləmədiyi şəkildədir. Onlar elə bilirdilər ki, üç gün ərzində biz orada olmayacağıq”.

Araxamiya əlavə edib ki, Qərb ölkələri da bunu gözləmirdilər və bu səbəbdən Ukrayna ilk günlərdə yardım almadı. "Hamı düşünürdü ki, əməliyyat 3 gün ərzində tamamlanacaq, Ali Radada və Prezident Aparatında Rusiya bayrağı olacaq”, - deyə o bildirib.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər