Saytımızı qiymətləndirin


 
 

Zelenski Ərdoğandan kömək istədi: “Onlardan dron almağımızın...“
Tarix: 04-03-2022 | Saat: 10:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Zelenski Ərdoğandan kömək istədi: “Onlardan dron almağımızın...“

"Dünyada Rusiya ilə danışıqlar prosesinə təsir etmək imkanı olan liderlər azdır və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məhz belə bir dövlət başçısıdır".

 

Qarabaginfo.az Gordon.ua istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski xarici media üçün keçirdiyi mətbuat konfransında deyib.

“Düzünü desəm, Türkiyə nümayəndələrindən hansının bunu deyə biləcəyi bütün təfərrüatları xatırlamıram. Şəxsən prezident Ərdoğanla güclü şəxsi münasibətimiz var. Çox yaxşı münasibət. Çox səmimi münasibət. O kömək edir. Söhbət təkcə dronlardan getmir, oradan dron almağımızın böyük köməyi var. Ərdoğanın Ukraynaya kömək etdiyi bir çox məsələlər var, ona çox minnətdaram. O, siyasi səviyyədə də bir çox addımlar atır ki, Rusiya prezidenti müharibənin bitməli olduğunu başa düşsün”, - deyə Zelenski qeyd edib.

Ukrayna prezidenti əmindir ki, Ərdoğan dünya siyasətinə və iqtisadiyyatına ciddi təsir edir və buna görə də onun köməyinə ümid edir.

Ukrayna dövlətinin başçısı bildirib:

“Bir çox dünya liderlərinin belə imkanı yoxdur. Çoxları bunu istəyir, amma imkanları azdır. Hər şey üçün, geosiyasət üçün, dünya iqtisadiyyatı üçün belə ciddi, güclü, təsirli dövlət olmalıdır. Ərdoğan da belədir. O, çox güclüdür, çox ciddi prezidentdir və kömək edir. Buna görə də, ona heç bir iradım yoxdur. Düşünürəm ki, o, Ukrayna təhlükəsizliyinin təminatçılarından biridir və o, Ukrayna üçün təhlükəsizlik təminatlarını təqdim etməli olan ölkələrin dairəsində mütləq olacaq. Biz Rusiya prezidenti ilə danışıqlar masası arxasına oturanda - mən buna inanıram - Ukrayna məhz bu təhlükəsizlik zəmanətlərini almalıdır. Ona görə də bu prosesə təsir edəcək. Mən buna həqiqətən inanıram”.



Xəbəri paylaş

1239 dəfə oxunub.

Digər xəbərlər