Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan edilib.
Qərara əsasən, sabiq nazirin həbs müddəti daha 5 ay artırılıb.
Qeyd edək ki, S.Müslümov ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.