Saytımızı qiymətləndirin


 
 

Şuşada müşavirədə azad olunmuş ərazilərlə bağlı tapşırıqlar verilib
Tarix: 02-03-2022 | Saat: 18:34
Bölmə:Karusel / Siyasət | çapa göndər

Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Şuşada müşavirədə

Bu gün Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin başçılığı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər üzrə müşavirə keçirilib.

Qarabaginfo.az xəbər verir ki, görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı müzakirələr aparılıb, yerində bir sıra zəruri tapşırıqlar verilib.

Baş nazir Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin üzvləri Şuşanın tarixi-mədəni abidələrini ziyarət ediblər. Şuşa şəhərində icra olunan layihələr, aparılan bərpa, abadlıq-quruculuq işləri barədə aidiyyəti qurumların rəhbər şəxsləri ətraflı məlumat verib.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər