Tarix: 02-03-2022 | Saat: 14:38
Bölmə:Karusel / Region | çapa göndər
Azərbaycan vətəndaşlarının təxliyəsi üçün nəzərlə tutulmuş qatar Kiyevdən Mogilyov-Podolsk şəhərinə yola düşüb.
Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov (Kəsəmən) bildirib.
Qatara minik biletsizdir, canlı növbə əsasında həyata keçirilib.
Qeyd edək ki, dünən Ukrayna Azərbaycanlıları Radası Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1500 nəfərlik qatar ayrılmasıyla bağlı Ukraynanın müvafiq dövlət qurumlarına müraciət edib. Ukraynanı müvafiq dövlət qurumları Azərbaycan vətəndaşlarının Kiyevdən təxliyəsi üçün 1200 nəfərlik qatar ayrılmasına qərar verib.
Dünən Azərbaycanın Ukraynadakı səfirliyinin yaydığı məlumatda isə bildirilib ki, 2 mart 2022-ci il tarixində saat 12:00-da Kiyevin dəmir yol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcək. Qatar Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları üçün planlaşdırılıb.
Digər xəbərlər