Saytımızı qiymətləndirin


 
 

Kremlin sözçüsü: Ukraynanın “dekommunizasiyası” SSRİ-nin keçmiş respublikalarına aid deyil
Tarix: 02-03-2022 | Saat: 14:33
Bölmə:Karusel / Region | çapa göndər

Dmitri Peskov

 

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın “dekommunizasiya"sı və onun sərhədlərinin formalaşdırılması ilə bağlı bəyanatlarını Qazaxıstan və SSRİ-nin digər keçmiş respublikalarına aid etmək olmaz.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Brifinq zamanı jurnalistlər Peskovdan prezidentin Ukraynanın “dekommunizasiya"sı və onun sərhədlərinin formalaşdırılması ilə bağlı fikirlərinin SSRİ-nin və Qazaxıstanın digər keçmiş respublikalarının sərhədlərinə aid olub-olmadığını soruşublar.

“Xeyr, aid deyil. Biz burada belə bir tarixi müzakirə platforması qura bilmərik... Ümid edirəm ki, gələcək mətbuat konfransları və prezidentin mətbuatla ünsiyyəti zamanı sizdə bu əlavə sualları vermək imkanınız olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.(Apa)



Xəbəri paylaş

1241 dəfə oxunub.

Digər xəbərlər