Saytımızı qiymətləndirin


 
 

“Putinin təklifi ilə razılaşdıq, yer və vaxtla bağlı danışıqlar aparılır” - Ukrayna
Tarix: 26-02-2022 | Saat: 05:23
Bölmə:Karusel / Dünya | çapa göndər

“Putinin təklifi ilə razılaşdıq, yer və vaxtla bağlı danışıqlar aparılır”

“Ukrayna tərəfi danışıqlardan imtina etdi. Kiyev rejiminin nümayəndələri bu məsələni sabaha qədər təxirə salmağı təklif etdilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Zaxarovanın açıqlaması ilə əlaqədar Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov feysbuk səhifəsində yazıb: 

“Mən danışıqlardan imtina etməyimiz barədə bəyanatları təkzib edirəm. Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim daimi mövqeyimizdir. Biz Rusiya prezidentinin təklifi ilə razılaşdıq. Birbaşa bu saatlarda tərəflər yer və vaxtla bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansı bir o qədər çox olar”.(Qafqazinfo)



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər