Saytımızı qiymətləndirin


 
 

Bakıdakı bu taksi şirkətlərinin arxasında ermənilər dayanır... - ŞOK AÇIQLAMA
Tarix: 23-02-2022 | Saat: 21:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıdakı bu taksi şirkətlərinin arxasında ermənilər dayanır... - ŞOK AÇIQLAMA

"Taksi fəaliyyəti sahəsindəki qarmaqarışıqlığa, xaotik vəziyyətə son qoymaq üçün ilk növbədə taksi sürücüsünün kim olduğunu müəyyənləşdirməliyik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında avtomobil eksperti Elməddin Muradlı paytaxtda taksi fəaliyyətinin təkmilləşdirilməsi üçün hansı addımların atılmasının vacibliyindən danışarkən deyib:

"Ölkədə taksi fəaliyyətilə bağlı xaotik vəziyyət hökm sürür. Belə vəziyyətin yaranması isə ağır sosial durum və fəaliyyətin tənzimlənməsilə bağlı mexanizmin olmaması ilə bağlıdır. Ona görə də iş tapa bilməyən sürücülər taksi fəaliyətində olan boşluqdan yararlanaraq avtomobilləri ilə taksi fəaliyyətinə çıxırlar. Bir sıra hallarda şəxsi avtomobillərilə hərəkət edən insanlar da taksi fəaliyyətilə məşğul olur. Belə ki, səhər işlədiyi məkana gedən və axşam işdən çıxan zaman sürücülərin bəziləri də müəyyən məbləğ müqabilində avtomobilləriylə sərnişin daşıyırlar. Yəni onlar da özlərini taksi sürücüsü adlandırırlar. İlk növbədə taksi sürücüsünün kim olduğunu müəyyənləşdirməliyik”.  

Həmsöhbətimiz qeyd edir ki, taksi fəaliyyətiylə bağlı konsepsiya da müəyyənləşməlidir: 

"Burada taksi sürücüsünün etik davranış qaydaları, küçə və yolları bilmək səviyyəsi, vətəndaşla ünsiyyət, avtomobilin vəziyyəti, xidmət keyfiyyətini ölçmək və şikayətlərin qəbulu üçün vətəndaşların müraciət edə biləcəyi qaynar xətt və s. əks olunmalıdır. Avtomobilin rəngi məsələsi də əhəmiyyətlidir. İstənilən rəngli avtomobillə taksi xidməti göstərmək olmaz”. 

E. Muradlı düşünür ki, istənilən şəxsi taksi sürücüsü kimi qəbul etmək olmaz: 

"Peşəkar taksi sürücülərini önə çəkməli, onlara münasibətdə müəyyən güzəştlər olmalıdır. Taksi şirkətləri qarşısında da məsuliyyət qoyulmalıdır ki, hər yoldan keçənin ora cəlb olunmasının qarşısı alınsın. 50-60 minlik maşınla taksi fəaliyyətinə çıxan tərbiyəsizlər prosesdən uzaqlaşdırılmalıdır.  

Taksi şirkətlərindən Yandeks, Uber, Makmin arxasında erməni iş adamları dayanır. Ona görə də sərt qaydalar tətbiq etməklə prosesi tezliklə tənzimləməliyik”. 

Qeyd edək ki, Baş nazir Əli Əsədovun "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 7 fevral tarixli 1586 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamına əsasən paytaxtda taksi fəaliyyəti yeni qaydada təşkil olunacaq. Bununla bağlı təkliflər 2 ay müddətinə Nazirlər Kabinetinə təqdim edilməlidir. 

 



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər