Saytımızı qiymətləndirin


 
 

Abşeronda şəhid Emil Mayılovun doğum günü qeyd edildi - Fotolar
Tarix: 23-02-2022 | Saat: 18:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Abşeronda şəhid Emil Mayılovun doğum günü qeyd edildi

Abşeron rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülən şəhid mayor Mayılov Emil Şahid oğlunun 36-cı doğum günü qeyd edilib.

Qarabaginfo.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Şahin Seyidzadə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Sərhəd Xidmətinin zabitləri, YAP Abşeron Rayon Təşkilatının sədri, rayon Gənclər və İdman İdarəsinin rəisi, şəhid ailələri və qazilərlə birgə II Fəxri Xiyabanda şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Həmçinin Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Abbas Əliyev və universitetin müəllim və tələbə kollktivi iştirak edib.





 



Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər