Saytımızı qiymətləndirin


 
 

Rusiyadan Azərbaycana tədarük edilən “Sputnik V” vaksinlərinin ümumi sayı açıqlanıb
Tarix: 23-02-2022 | Saat: 00:46
Bölmə:Karusel / Region | çapa göndər

Rusiyadan Azərbaycana tədarük edilən “Sputnik V” vaksinlərinin ümumi sayı açıqlanıb

“Biz koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır, bir-birimizə qarşılıqlı kömək edirik. Bizim tərəfimizdən Azərbaycana xüsusi test-sistemlər verilib, ən yaxşı həkimlərimizdən ibarət briqadalar göndərilib. Bu günədək təqribən 220 min doza “Sputnik V” vaksini tədarük edilib. Mən əminəm ki, kütləvi immunlaşdırma bizə, həmçinin pandemiyanın öhdəsindən gəlməyə və insanlarımızın sağlamlığını qorumağa kömək edəcək”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Bir daha Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Cənubi Qafqazın inkişafına imkan verən mühüm bəyanatını xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir. Bizim zəngin gündəliyimiz var. Sağ olun. Biz şadıq ki, Siz bizim Rusiya Federasiyası Hökumətinin Əlaqələndirmə Mərkəzinə gəlmisiniz. Əlbəttə, bizim qarşılıqlı fəaliyyətimizin bütün aktual məsələlərini müzakirə etməyə hazırıq”, - Mixail Mişustin vurğulayıb.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər