Saytımızı qiymətləndirin


 
 

Putin: "Sülhməramlılar atəşkəs rejiminin dəstəklənməsini təmin edir"
Tarix: 23-02-2022 | Saat: 00:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin: "Sülhməramlılar atəşkəs rejiminin dəstəklənməsini təmin edir"

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinə xüsusi diqqət yetirdik”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

“Bildiyiniz kimi, dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım olub. Azərbaycan, Ermənistan və Rusiyanın Dağlıq Qarabağ üzrə ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib”.
Rusiya Prezidenti bildirib ki, indi regionda həyat qaydaya düşür, dinc məcraya daxil olur. 50 mindən çox qaçqının öz evlərinə qayıtdığını deyən Vladimir Putin təsərrüfat infrastrukturunun yenidən qurulması, tarixi, dini və mədəni obyektlərin mühafizəsi üzrə praktik məsələlərin həll olunduğuna diqqət çəkib.
“Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə və bütövlükdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsinə Rusiyanın töhfəsinə Azərbaycan tərəfdən yüksək qiymət verilib. Bizim sülhməramlılar vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminin dəstəklənməsini təmin edir, minalardan təmizlənmə işləri aparır, humanitar aksiyalarda iştirak edir və yerli əhaliyə kömək göstərirlər”, - deyə rusiyalı lider əlavə edib.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər