Tarix: 19-02-2022 | Saat: 17:00
Bölmə:Karusel / İdman | çapa göndər
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Qarabaginfo.az xəbər verir ki, günün ilk oyunu Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edib. Qarşılaşma əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın ilk qolunu 78-ci dəqiqədə Ülvi İsgəndərov vurub.
Bundan iki dəqiqə sonra "Qəbələ"nin kapitanı Asif Məmmədov zədələndiyi üçün əvəzlənib. Onun yerinə meydana Emil Səfərov daxil olub.
90+7-ci dəqiqədə isə İsnik Alimi qarşılaşmada son nöqtəni qoyub. Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran "Qəbələ" ikinci pillədə qərarlaşıb. "Səbail" isə 11 xalla sonuncu - 8-ci sırada qalıb.
Qeyd edək ki, günün digər görüşündə "Neftçi" "Keşlə"ni qəbul edəcək. XVI turun "Zirə" - "Sabah" matçı fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” oyunu mayın 12-nə təxirə salınıb.
Digər xəbərlər