Saytımızı qiymətləndirin


 
 

Yevlaxda zəncirvari yol qəzası olub, xəsarət alanlar var - VİDEO
Tarix: 19-02-2022 | Saat: 16:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yevlaxda zəncirvari yol qəzası olub, xəsarət alanlar var - VİDEO

Yevlaxda baş verən zəncirvari yol qəzası zamanı xəsarət alanlar var.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə rayonun Salahlı kəndi yaxınlığından keçən magistral yolda qeydə alınıb. Hərəkətdə olan qadın sürücünün idarə etdiyi BMW markalı avtomobil idarəetmədən çıxaraq qəzaya səbəb olub. Qəza zamanı "VAZ 2107" və "VAZ 2114" markalı avtomobillərinin də iştirakı ilə zəncirvari qəza baş verib.

Qəzanın baş verməsinə səbəb olan qadın sürücü hadisə yerindən yayınıb. Hadisə zamanı avtomobildə olan 1980-ci il təvəllüdlü Cəfərov Qəzənfər Zaur oğlu və 1988-ci il təvəllüdlü Məcidov Hüseyn Sahib oğlu müxtəlif dərəcəli bədən xəsarəti alaraq Yevlax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılar Mingəçevir şəhər sakinləridir.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər
3-06-2021, 07:39 Xəzərdə zəlzələ olub