Saytımızı qiymətləndirin


 
 

ABŞ Xəzərdə enerji ehtiyatlarının mühafizəsi üçün Azərbaycanla əməkdaşlıq edəcək
Tarix: 19-02-2022 | Saat: 15:09
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

ABŞ Xəzərdə enerji ehtiyatlarının mühafizəsi üçün Azərbaycanla əməkdaşlıq edəcək

Biz Azərbaycana Kabil Hava Limanının mühafizəsini təmin edən ölkələrin sırasında xidmətinə və ümumilikdə NATO-nun əməliyyatlarını dəstəkləməsinə görə təşəkkür edirik.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə Vaşinqtondan yaydığı videomüraciətdə deyib.

“Azərbaycanla birgə narkotiklərin daşınmasının qarşısını almaq və Xəzər hövzəsinin enerji ehtiyatlarını mühafizə etmək üçün işləyəcəyik. Mən həmçinin bizim ölkələrimizin birgə həyata keçirdiyi və qadınların iqtisadi gücləndirilməsi, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi, sağlamlıq sahəsində inkişaf və minaların zərərsizləşdirilməsinə xidmət edən layihələrdən qürur duyuram”, - Erika Olson qeyd edib.



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər