Tarix: 18-02-2022 | Saat: 12:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"Azəriqaz" İstehsalat Birliyi bu ilin mart ayında Ağdam şəhərinin qazlaşdırılması üzrə layihələndirmə işlərini bitirməyə planlaşdırır.
Qarabaginfo.az xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Şuşa və Ağdam şəhərləri üzrə yeni çəkiləcək qaz xətlərinin marşrutları müəyyən edilib və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.
Buna paralel olaraq, "Azəriqaz" tərəfindən işqğaldan azad olunmuş ərazilərin, o cümlədən Şuşa və Ağdam şəhərlərinin qazlaşması üzrə layihələndirmə işləri aparılır.
"Planlaşdırırıq ki, təqribən mart ayında Ağdam şəhəri üzrə layihələndirmə işlərini yekunlaşdıraq. Şüşa şəhəri üzrə işlər müəyyən qədər vaxt aparacaq, şəhərin baş planı ilə bağlı məsələlərin tam həllinə qədər", - T. Cəfərov qeyd edib.
Onun sözlərinə görə, martda layihələndirmə işləri bitdikdən sonra, müvafiq qaydada dövlət qərarı olduqda və maliyyələşdirmə məsələsi həll olduqdan sonra şəhərdaxili qazpaylayıcı şəbəkənin quraşdırılması işləri aparılacaq.
Digər xəbərlər