Saytımızı qiymətləndirin


 
 

Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb - Deputat
Tarix: 18-02-2022 | Saat: 10:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb – Deputat 85

“Azərbaycanın bütün regionları dövlətimiz tərəfindən qayğı ilə əhatə olunur, inkişafına da böyük diqqət ayrılır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə tarixi Zəfərdən sonra bərpa işləri dayanmadan sürətlə davam etdirilir”.

Bu sözləri açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam səfərindən hazırlanan reportajlardakı mənzərələr erməni vəhşiliyini bir daha nümayiş etdirdi: “Ermənilər ötən 30 il ərzində tariximizi, mədəniyyətimizi yer üzündən silmək istəsələr də, haqq öz yerini tapdı. Qarabağ torpağının əsl sahibləri həsrət çəkən yurdlarını qaytardı. Erməni və havadarlarının məkrli planları gerçəkləşmədi”.

Deputat sözlərinə belə davam edib: “Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi onu deməyə imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulur, gözəlləşir və insanlarımız qısa bir vaxt ərzində öz yurd-yuvalarına qayıdacaqlar. Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb. Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq.

Artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri bu sahədə ilk addımlarını atır. Ağdamda yaşayacaq olan insanların işlə təmin olunması mütləqdir və iş yerlərinin yaradılması ilə bağlı dövlətimiz əlavə addımlar da atacaqdır. Yaxın gələcəkdə tək Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur.

Ölkə rəhbərinin Ağdama səfəri çərçivəsində “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, rayonun və ətraf bölgələrin elektrik təminatı məsələsi tam həllini tapdı.

Ağdamda turizmin inkişafı üçün də əlverişli şərait yaranmaqdadır. Təqribən 2 ildən sonra mehmanxananın fəaliyyəti ilə bu bölgə turizm mərkəzinə çevriləcəkdir. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisələrdən biridir. Belə ki, altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma-iki ilə inşa ediləcəkdir. 210 çarpayılıq Ağdam mərkəzi şəhər xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi investisiya proqramında öz əksini tapıb.

Ölkə rəhbəri cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədiyə səfərləri də əhəmiyyətli iqtisadi və sosial hadisə kimi dəyərləndirilir.

Ağcabədidə Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturları şəbəkəsinin çoxşaxəli qovşağa çevrilməsində mühüm rol oynayır və eyni zamanda, Ağcabədidə DİN-nin Daxili Qoşunlarının yeni inşa edilən hərbi şəhərciyinin açılışı bu bölgənin təhlükəsizliyinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Bu gün Azərbaycanda biznes üçün, sahibkarlara çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir, mənəvi-siyasi dəstək verilir və eyni zamanda, güzəştli kreditlər verilir. Azad olunmuş bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Məhz elə buna görə də Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmaqda maraqlı olmalıdırlar”.SİA



Xəbəri paylaş

306 dəfə oxunub.

Digər xəbərlər