Saytımızı qiymətləndirin


 
 

Deputat: “Sülhməramlıların təxribatlara seyrçi qalması ciddi narazılıq doğurur”
Tarix: 15-02-2022 | Saat: 11:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rus sülhməramlıları Qarabağda müvəqqətidir”

“Ötən gün Prezident İlham Əliyev Ağdama səfər etdi və çıxışında bildirdi ki, ermənilərlə ola bilsin ki, nə vaxtsa sülh müqaviləsi imzalanacaq. Amma biz erməni vandallığını unutmamalıyıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Məmmədov deyib.

Deputat bildirib ki, Prezidentin bu çıxışı bizim üçün yol xəritəsi olmalıdır: “Biz Ermənistanla sülh müqaviləsi imzalasaq da, onların vandallığını, vəhşiliyini, xüsusilə xaricdəki fəaliyyətimizdə unutmamalıyıq”.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev Ağdama səfər zamanı Ermənistana ciddi xəbərdarlıq etdi: “Son günlər sülhməramlıların nəzarətindəki ərazilərdə separatçıların təxribatlarının davamlı xarakter aldığı müşahidə olunur. Tərtərin ərazisinin atəşə tutulması, Xocalıda aktiv tikintinin aparılması, tranşeylərin qazılması, “Bakcell”-in əməkdaşının güllələnməsi, separatçıların davamlı təxribatçı bəyanatlar səsləndirilməsi, "Arsaxın işğalı haqqında” qanun layihəsinin hazırlanması barədə fikirlər və digər təxribat əməlləri bu fikri bir daha təsdiq edir. Sülhməramlıların bu prosesə seyrçi qalması, bir sıra hallarda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur. Sülhməramlıların əsas missiyası bölgə xalqları arasında sülhü, qarşılıqlı etimadı, birgə yaşayışı təmin etməkdir. Təəssüf ki, sülhməramlılar bu məsələlərlə bağlı heç bir ciddi addımlar atmırlar. Əksinə, başları burada humanitar aksiyalara qarışıb. Ermənilər də bundan istifadə edərək öz xəbis və məkrli niyyətlərini həyata keçirir, yeni təxribatlar törətməyə davam edirlər”.

Deputat vurğulayıb ki, bu təxribatlara mütləq son qoyulmalıdır: “Əgər belə təxribatlar davam etsə, bunun cavabı çox sərt və ağır olacaq. Azərbaycan bölgəyə davamlı sülhün gəlməsinə çalışır, bütün addımlar buna hesablanıb. Ermənistan konkret mövqe bildirməlidir. Əgər sülh istəyirsə, Azərbaycan sülhə hazırdır. Yox, məqsəd müharibədirsə və Azərbaycanın səbrini sınağa çəkməkdirsə, bunun aqibəti ermənilər üçün heç yaxşı olmayacaq. Bu millətin həm də, deyəsən, unutqanlıq xəstəliyi var. Başlarına gələnləri çox tez unudurlar. Ermənilər Vətən müharibəsində başlarına gələnlərdən çox ciddi nəticələr çıxarmalıdırlar. Əgər çıxarmasa, “dəmir yumruq” yenidən işə düşəcək və bu dəfə zərbə daha ağır olacaq, itkilərin sayı daha da artacaq. Azərbaycan 44 günlük müharibədə bunu bütün dünyaya göstərdi”.



Xəbəri paylaş

242 dəfə oxunub.

Digər xəbərlər