Saytımızı qiymətləndirin


 
 

Peşə müəssisələrində tələbələrin biliklərinin qiymətləndirilməsi qaydası dəyişib
Tarix: 11-02-2022 | Saat: 09:08
Bölmə:Karusel / Təhsil | çapa göndər

Kəsiri olan tələbələr üçün qoyulan məhdudiyyət aradan qaldırılıb | "Nuhçıxan" İnformasiya Agentliyi

Təhsil Nazirliyinin Kollegiyası “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nda dəyişiklik edib.

Qarabaginfo.az xəbər verir ki, bundan əvvəl yüksək texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə modul/fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsidir və özündə dərsə davamiyyəti, tələbənin sərbəst işi və semestr ərzində nəzəri və praktiki dərslərdə topladığı balları əks etdirib.

Tələbə semestr ərzində maksimum 10 bal davamiyyət (semestr ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılıb), maksimum 10 bal sərbəst işə və maksimum 30 bal nəzəri və praktiki dəsrlərdəki nəticəsinə görə əldə edə bilərdi.

Dəyişikliyə əsasən, “semestr” anlayışı yarımillə əvəz olunub, tələbənin sərbəst işi ləğv edilib. Tələbənin sərbəst işi ləğv olunduğundan cari qiymətləndirmə qaydası da dəyişib. Başqa sözlə, yüksək texniki peşə təhsili səviyyəsi üzrə cari qiymətləndirmə modul/fənn üzrə tələbənin yarımil müddətində fəaliyyətinin qiymətləndirilməsidir və özündə dərsə davamiyyəti, yarımil ərzində nəzəri və praktiki dərslərdə topladığı balları əks etdirəcək. Tələbə yarımil ərzində maksimum 10 bal davamiyyət (yarımil ərzində modul/fənnin tədris saatlarının hər buraxılan 10%-nə 1 bal çıxılacaq), maksimum 20 bal praktiki məşğələ və ya laboratoriya dərslərindəki nəticələrinə görə (eyni modul/fəndən həm praktiki məşğələ, həm laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılacaq) və maksimum 20 bal nəzəri dəsrlərdəki nəticələrinə görə əldə edə biləcək.

Bundan əvvəl tələbənin yalnız modul/fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabər idisə, artıq tələbənin modul/fənn və istehsalat təcrübəsi üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabər olacaq. Eyni zamanda istehsalat təcrübəsi üzrə balların yarısı tələbənin istehsalat təcrübəsi ərzində davamiyyəti və təlim nəticələri üzrə qiymətləndirilməsi, digər yarısı isə ixtisas (sınaq) istehsalat işlərinin qiymətləndirilməsi nəticələrinə görə formalaşacaq.

Yekun qiymətləndirmə proseduru da dəyişib. Bundan əvvəl yüksək texniki peşə təhsili səviyyəsində ixtisas (sınaq) istehsalat işinin yekun nəticələri çoxballı qiymət şkalası (A,B,C,D,E,F) ilə ölçülüb və qiymətlər jurnala və tələbənin “Tələbə kitabçası”na yazılıb. Tələbənin toplaya biləcəyi maksimum balların miqdarı 100-ə bərabər olub. Bu balların yarısı tələbənin istehsalat təcrübəsi ərzində davamiyyəti və təlim nəticələri üzrə qiymətləndirilməsi, digər yarısı isə Komissiya tərəfindən ixtisas (sınaq) istehsalat işlərinin qiymətləndirilməsi nəticələrinə görə formalaşıb. Dəyişikliyə əsəsən bu bənd ləğv olunub.

Qaydaya əlavə olunan 4.3-1-ci bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsində tələbənin təhsil proqramını mənimsəmə səviyyəsini müəyyənləşdirmək üçün ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) hesablanacaq və yekun qiymətləndirmə ÜOMG əsasında müəyyən ediləcək. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş aralıq attestasiyalardan (modul/fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun qiymətləndirmədən keçmiş hesab olunacaq. ÜOMG yarımillər üzrə artan istiqamətdə hesablanacaq (birinci yarımil, ikinci yarımil, üçüncü yarımil və s.) və diploma əlavəyə daxil ediləcək. ÜOMG modul/fənlər üzrə toplanan balların həmin modul/fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdiriləcək.



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər