Saytımızı qiymətləndirin


 
 

Ermənistan Azərbaycanla bağlı vəziyyətə görə KTMT-yə müraciət etməyəcək
Tarix: 11-02-2022 | Saat: 00:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan Azərbaycanla bağlı vəziyyətə görə KTMT-yə müraciət etməyəcək

“Ermənistan hökuməti Azərbaycanla bağlı vəziyyətə nəzarət edir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməyəcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının xarici əlaqələr üzrə daimi komissiyasının üzvü Qurgen Arsenyan “RİA Novosti”yə bildirib.

“Ermənistanda vəziyyət o həddə deyil ki, biz KTMT-ni köməyə çağırmağa məcbur olaq. Ölkəmizdə vəziyyət kifayət qədər ağırdır, lakin Ermənistan hakimiyyəti onu nəzarətdə saxlayır”, - Arsenyan deyib. 

O əlavə edib ki, Ermənistan “Azərbaycanla sərhəddə atışmalara görə” KTMT-dən öz ərazisinə hərbi kontingent göndərməyi xahiş etməyəcək.

“Paşinyanın başçılıq etdiyi Ermənistanın siyasi rəhbərliyinin gücü ondan ibarətdir ki, o, problemləri atəş açmaqdansa, danışıqlar yolu ilə tənzimləməyə üstünlük verir”, - Arsenyan bildirib.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər