Saytımızı qiymətləndirin


 
 

XİN başçısı: "Ermənistanın Baş naziri humanitar məsələlərdə əməkdaşlığa söz verib"
Tarix: 10-02-2022 | Saat: 11:29
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ceyhun Bayramov: "Vətən uğrunda canından keçən bütün şəhidlərimizi ehtiramla anırıq" - 12.07.2021, Sputnik Azərbaycan

“Fransa və Avropa İttifaqı Şurası prezidentlərinin iştirakı ilə keçirilən görüşdə Ermənistanın Baş naziri humanitar məsələlərdə əməkdaşlıq etməyə vəd verib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib

Onun sözlərinə görə, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla videokonfrans formatında dördtərəfli görüşdə bu məsələlər müzakirə olunub: "Müzakirələr əsasən humanitar mövzularla bağlı idi. Azərbaycan Prezidenti bu platformadan da istifadə edərək Birinci Qarabağ müharibəsindən indiyədək 3890 nəfər şəxs barədə heç bir məlumatın olmaması, Ermənistanın bu istiqamətdə demək olar ki, əməkdaşlıq etməməsi, beynəlxalq hüquq normalarını, humanizm prinsiplərini tamamilə tapdalaması, bu barədə məlumatları gizlətməsi məsələsini qaldırıb. Bu, ümumilikdə müsbət inkişaf kimi qeyd edilə bilər. Təəccüblüdür ki, bir neçə gün sonra Ermənistan Xarici İşlər Nazirliyi çox təzadlı, suallar doğuran və heç bir məntiqə, humanizmə sığmayan, beynəlxalq hüquqa uyğun olmayan formada açıqlama yayıb".

Nazir bildirib ki, Azərbaycan Ermənistana nümunə göstərir: "Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatandan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birgə fəaliyyət göstərdi. Nəticədə 1709 erməni hərbçisinin meyiti tapılaraq qarşı tərəfə təhvil verildi. Hərbi əməliyyatlar 2020-ci ilin noyabr ayında bitib, sonrakı qış aylarında, ağır şəraitdə, dağlarda, minalanmış ərazilərdə də bu fəaliyyət həyata keçirilib. Azərbaycan hərbçiləri də bu işlərdə iştirak ediblər. Ancaq 30 il keçəndən sonra Ermənistan tərəfindən bu istiqamətdə hansısa tədbirlər görülmür və buna don geyindirilir”.



Xəbəri paylaş

289 dəfə oxunub.

Digər xəbərlər