Tarix: 08-02-2022 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
Gürcüstan Ermənistanda istehsal olunan “Matsun” etiketli süd məhsulunun öz ərazisi vasitəsilə Rusiyaya ixrac edilməsinə qadağa qoyub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Armenpress” agentliyi yayıb.
Məlumata görə, sözügedən qadağaya səbəb Gürcüstanın “matsoni” adını özünün coğraji göstəricisi kimi qeydiyyata alması olub.
Bildirilir ki, bunun ardınca Ermənistanda “Marianna” adlı istehsalçı şirkət sözügedən məhsulu Rusiyaya “erməni dağ yoqurtu” adı altında ixrac etməyə başlayıb.
Şirkət bildirib ki, Rusiya “matsun” adının istifadə olunmasına etiraz etmir. Lakin məhsul Rusiyaya Gürcüstan ərazisindən ixrac olunduğundan etiketləmə ilə bağlı problem yaranır.
Qeyd edək ki, matsun və yaxud matsoni Ermənistan və Gürcüstan mətbəxində yer alan ənənəvi süd məhsuludur. Bu məhsul Qafqazda, Kiçik Asiyada və Yaxın Şərqdə geniş yayılıb.
Digər xəbərlər