Saytımızı qiymətləndirin


 
 

Qarabağdakı separatçılara rəhbərlik üstündə DAVA: Generallar Arayikə SAVAŞ AÇIR
Tarix: 08-02-2022 | Saat: 11:47
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağdakı separatçı-terrorçu qüvvələrə rəhbərlik uğrunda savaş qızışır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzetindəki yazıda qeyd olunub.

Qəzetin məlumatına görə, separatçıların hazırkı başçısı Arayik Arutyunyan bir müddət əvvəl rəhbərlik etdiyi “Azad Vətən” partiyasının toplantısında qarşıdan gələn “seçkilər”də iştirak etməyəcəyini vəd etsə də, indiki proseslər bunun əksini göstərir.

Qarabağdakı separatçı-terrorçu qüvvələr Arayikin bu vədinə ona görə inanmırlar ki, o, indiyə kimi verdiyi sözlərin heç birinə nəinki əməl edib, həm də əks addımlar atıb.

“Hraparak” qeyd edir ki, separatçılar gələn il yeni lider seçməyi planlaşdırırlar. Bu səbəbdən də Qarabağdakı terrorçuların keçmiş liderləri və generallar artıq müzakirələrə başlayıb.

Qarabağda separatçıların hazırkı “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyanı Arayiki əvəzləyə biləcək “lider” qismində görürlər. Onun özü isə məsələyə münasibət bildirməyə hələ ki tələsmir.

Arayik Arutyunyanın yerinə digər namizədin isə Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” general Levon Mnatsakanyan olduğu bildirilir.

“Hraparak” yazır ki, Arayik Arutyunyan hazırkı postunda qalmaq üçün müxtəlif gedişlər etməyə cəhd göstərir.

“Qarabağda düşünürlər ki, Arayik Arutyunyanın getmə qərarı qəti deyil və yəqin ki, rəqib qüvvələri parçalayıb iğtişaşlar törətməyə çalışacaq ki, onun namizədliyinə alternativlər zəif düşsünlər”,-deyə sözügedən nəşr bildirir./modern.az/



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər