Saytımızı qiymətləndirin


 
 

Ermənistanın sabiq səviyyə naziri: “Ölkədə peyvəndləmə səviyyəsi aşağıdır”
Tarix: 08-02-2022 | Saat: 11:04
Bölmə:Karusel / Region | çapa göndər

 

Ermənistanın sabiq səviyyə naziri: “Ölkədə peyvəndləmə səviyyəsi aşağıdır”

“Ermənistan əsas diqqəti məhdudlaşdırma tədbirlərinə deyil, peyvəndlənənlərin sayının artmasına yönəltməlidir”.

Qarabaginfo.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, ölkənin sabiq səhiyyə naziri Arsen Torosyan bildirib.

Fevralın 7-nə olan məlumata görə, ölkədə koronavirus infeksiyasına qarşı 1 milyon 925 min 556 peyvənd vurulub. Ölkədə 858 981 nəfər tam peyvənd olunub.

Onun sözlərinə görə, Ermənistan ictimaiyyətində peyvəndləmə prioritet hesab olunmur: "Vətəndaşların çoxu peyvəndi ikinci dərəcəli hesab edir və bundan yayınmağa çalışırlar. İnsanlara COVID-ə qarşı peyvənd olunmanın vacibliyini təlqin etmək lazımdır. Ölkədə peyvəndləmə səviyyəsi 29% təşkil edir. Bu, aşağı göstəricidir və bu şəraitdə məhdudiyyətlərin aradan qaldırılması mümkün deyil".

Deputat deyib ki, peyvəndləmə səviyyəsi 80-90%-ə çatdırılmalıdır.

Xatırladaq ki, Ermənistanda peyvəndləmə prosesinə ötən il martın 31-də başlanılıb.



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər