Saytımızı qiymətləndirin


 
 

Bu qurumların borcalması dövlət borcu hesab olunmayacaq - Fərman
Tarix: 07-02-2022 | Saat: 22:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu qurumların borcalması dövlət borcu hesab olunmayacaq

Prezident İlham Əliyev “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, fərmana əsasən, sözügedən sənədin 1.2-ci bəndində dəyişiklik edilib.

Belə ki, sözügedən bəndə əsasən, bu Qayda paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan bankların, bank olmayan kredit təşkilatlarının və sığorta şirkətlərinin borcalmasına şamil olunmurdu.

Fərmanla Mərkəzi Bank və İpoteka və Kredit Zəmanət Fondu da bu qəbildən olacaq.

Qaydaya əsasən, dövlətə məxsus olan hüquqi şəxslər cari il iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinə təqdim edirlər. Dəyişikliyə əsasən, bu müddət dekabrın 1-nə keçirilib.

İndiyədək Nazirlər Kabineti Azərbaycan Prezidenti ilə razılaşdırmaqla cari il sentyabrın 15-dək növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini müəyyən edirdi, indi isə bu tarix fevralın 1-nə keçirilib.



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər