“Koronavirusun omikron ştammının hazırkı dalğası əvvəlkilərdən iki dəfə tez keçəcək”.
Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Allerqoloq-immunoloq Vladimir Bolibok jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, omikrona yoluxma hallarındakı artım tempi iki ay davam edəcək: “Normalda koronavirusun yeni dalğaları dörd ay davam edir, lakin omikronun yayıldığı ölkələrdə apardığımız müşahidələrin hamısında bu prosesin iki ay davam etdiyini görmüşük” – deyə Vladimir Bolibok vurğulayıb.
Həkim yoluxmalardakı artımının martın ortalarında bitəcəyini deyib. Qeyd edək ki, daha əvvəl Moskva meri Sergey Sobyanin şəhərdə koronavirusla bağlı vəziyyətin sabitləşdiyini açıqlamışdı.