Saytımızı qiymətləndirin


 
 

BMT baş katibi Qış Olimpiya Oyunlarının açılışında videoformatda çıxış edib
Tarix: 04-02-2022 | Saat: 23:07
Bölmə:Karusel / Dünya / İdman | çapa göndər

 

BMT baş katibi Qış Olimpiya Oyunlarının açılışında videoformatda çıxış edib

BMT-nin baş katibi Antoniu Quterreş Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarının açılışında videoformatda çıxış edib.

Qarabaginfo.az xəbər verir ki, bu gün dünyanın daha çox sülhə, həmrəyliyə və birliyə ehtiyacı olduğunu deyən A.Quterreş son illərdə irqçilik, ksenofobiya, antisemitizm, müsəlmanlara qarşı nifrət kimi davranışlarının daha vüsət aldığı bir vaxtda Olimpiya Oyunlarının dünya mədəniyyətlərinə və müxtəlif ölkələrdən gələn idmançılara ev sahibliyi etməklə barış mesajları yaymasının vacib olduğunu deyib: “Hesab edirəm ki, Olimpiya Oyunlarının mesajı bütün etnik mənsubiyyətlər və dinlərə müraciət edən fantastik mesajdır. Bu, tolerantlıq, qarşılıqlı hörmət və sədaqətlə rəqabət aparmağın və eyni zamanda qardaşlaşmağın mümkün olduğunu sübut edən çağırışdır. Dünyaya da, lazım olan budur.

Təbii ki, dünyada rəqabət var, amma o rəqabət mütləq düşmənçilik demək deyil. Bu rəqabət dünyanın bir araya gəlməsinə və bu gün qarşılaşdığımız nəhəng problemlərlə, COVID-19, iqlim dəyişikliyi, bərabərsizlik və s. ilə üzləşməsinə imkan verməlidir. Bütün ölkələrin, hətta təəssüf ki, bu gün müharibə vəziyyətində olan bəzi ölkələrin də, burada təmsil olunması sülhün, birlik və həmrəyliliyin mümkün olduğunu göstərir. Bu, BMT-nin Beynəlxalq Olimpiya Komitəsini dəstəkləmək üçün güclü öhdəliyini tam əsaslandırır”.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər