Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti Şarl Mişelə təşəkkür edib
Tarix: 04-02-2022 | Saat: 17:54
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti Şarl Mişelə təşəkkür edib

Həmçinin mən regionda enerji təhlükəsizliyi layihələrinə dəstək verdiyi üçün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə minnətdarlığımı bildirmək istəyirəm və minnətdarlığımı ona çatdırmağınızı xahiş edirəm. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində şəxsən iştirak etdiyinə görə də.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında deyib.

“Həmçinin, Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin hökumətlərinə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyəyə, Gürcüstana, Yunanıstana, Bolqarıstana, Albaniyaya və İtaliyaya. Biz həqiqətən də bir komanda olaraq çalışdıq. Hesab edirəm ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni, XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz şirkətlərin, enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadır. Əlbəttə k, onların töhfəsi çox dəyərli idi. O cümlədən beynəlxalq maliyyə institutlarının töhfəsi də”, - Prezident İlham Əliyev vurğulayıb.



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər
20-09-2021, 23:49 Tvitterdə problem yaranıb